Xəbərlər

Xəbərlər
Nurgün Şirkətlər Qrupuna daxil olan NBC Bank yeni filialını istifadəyə verib. - 22 sentyabr 2015

Müştərilərə göstərilən xidmət keyfiyyətinin daim yaxşılaşdırılması və genişləndirilməsi NBC Bank-ın əsas missiyalarından biridir. Məhz bununla əlaqədar olaraq, Bankın Nəsimi rayonu, Azadlıq prospekti 81 ünvanında yerləşən Nəsimi filialı bu gündən etibarən fəaliyyətə başlayır. Filialın açılmasında əsas məqsəd, günbəgün artan müştəri bazasına daha da keyfiyyətli və operativ xidmət göstərməkdir. Yeni filialda fiziki və hüquqi şəxslər geniş çeşidli bank xidmətlərindən istifadə edə biləcəklər. Qeyd edək ki, NBCBank-ın Nəsimi filialı, Babək filialı ilə yanaşı 2015-ci ildə fəaliyyətə başlayan sayca ikinci filialıdır.



Bütun hüquqlar qorunur © 1994 - 2016        
Orange Studio