Новости
«Nissan Leaf»
Aqressiv şəhərli Yeni Nissan Qashqai üçün yeni şərtlər!
“Nissan” avtomobillərinin Azərbaycanda rəsmi ditribütoru “Nurgün Motors” Yeni Nissan Qashqai avtomobilini əldə etmək istəyənlərə yeni sərfəli şərtlər təklif edir. İndi Yeni Nissan Qashqai alan hər bir müştəri 3 illik sığorta paketi və bank xərcini hədiyyə olaraq əldə edə bilər. Kredit şərtləri də çox əlverişlidir: 15%-dən başlayan bank faizi, 20%-dən başlayan ilkin ödəniş.
“Nurgün Motors” Nissan Servis Mərkəzlərində keçirilən Payız kampaniyasının davametmə müddətini 15 dekabra qədər uzatdı.
“Nurgün Motors” müştərilərini sevindirməkdə davam edir. Belə ki, Nissan Servis Mərkəzlərində 15 Oktyabr 2010-cu il tarixində start verilən Payız kampaniyasının davametmə müddəti 15 dekabra qədər uzadıldı. Bu isə o deməkdir ki, Nissan və İnfiniti müştəriləri 15 dekabr 2010-cu il tarixinə qədər Babək prospekti 31 və Salamzadə küçəsi 2 (Nəqliyyat Nazirliyinin yaxınlığı) ünvanlarında yerləşən Nissan Servis Mərkəzlərində təklif olunan güzəştli xidmət paketindən istifadə edə bilərlər.Güzəştli xidmət paketi çərçivəsində müştərilər avtomobillərinin şüşəsilənlərinin, hərəkətli hissələrinin, o cümlədən əyləc sisteminin pulsuz diaqnostikasını həyata keçirə bilərlər. Bundan başqa, avtomobilin təmiri zamanı bir sıra əlaqədar ehtiyat hissələrinin qiymətinə 20%, həmçinin işçilik haqqına 20% endirim tətbiq olunur.
“Ford Azərbaycan” İndi Payız Kampaniyası ilə öz müştərilərinin xidmətindədir!
“Middle East Motor Awards”-ın ilk qalibi olmuş YENİ NİSSAN MAXİMA İndi Azərbaycanda!!!
Dünyanın nəhəng avtomobil istehsalçılarından olan Ford Avstraliyada keçirilən Beynəlxalq Avtomobil Sərgisində pikap nəslininin nümayəndəsi olan Ford Ranger-i təqdim etdi.
Dünyanın nəhəng avtomobil istehsalçılarından olan Ford Avstraliyada keçirilən Beynəlxalq Avtomobil Sərgisində pikap nəslininin nümayəndəsi olan Ford Ranger-i təqdim etdi.
Kompaniyanın rəsmi press-relizinə əsasən, Ford Ranger özündə çox dinamik və orijinal avtomobil xüsusiyyətlərini əks etdirir. Bunun nəticəsi olaraq söyləyə bilərik ki, Ford Ranger pik-ap seqmentində keyfiyyət standartlarını yenilədi. Bu yeni model Ford şirkətinin tətbiq etdiyi innovasiyalar və yeni texnologiyalar sayəsində bu sinif avtomobillərə xas olmayaraq öz funksionallığını kökündən genişləndirmişdir. Bütün bunlara baxmayaraq avtomobil öz stilistikasını qoruyub saxlamışdır – iri ön faralar, xrom ayaqaltılar, xrom ön radiator barmaqlığı. Yeni Ford Ranger assimetrik alətlər paneli və mərkəzi konsulla da təmin edilmişdir ki, bu da özlüyündə 4 seqmentə bölünmüşdür. Avtomobilin salonu yüksək orqonomikası ilə də seçilir, belə ki, bütün idarəçilik elementləri sürücü və ön sərnişin oturacağından asanlıqla idarə olunur.
Yaponiya avtomobil şirkəti “Nissan” Elektromobil inqilabını davam etdirir!!!
Bu elektrokarın ideal yük imkanları çox zərif salon dizaynı, ön oturacaqların zamşa və arxa oturacaqların zərif və eyni zamanda möhkəm toxunma parça ilə örtülməsi ideal bir sintez yaradır. Elektrokarda istifadə olunan mavi rəng Nissan Townpod-un peşəkar, iş imkanlarını ifadə etdiyi halda sarı rəng istifadəçiyə elektromobilin əyləncə xarakteri daşıdığını da xatırladır.
MÜSTƏQİLLİK GÜNÜ İLƏ ƏLAQƏDAR NURGUN MOTORS-DAN XOŞ XƏBƏR!!!
QƏNAƏTCİL, RAHAT VƏ PRAKTİK NİSSAN SUNNY YENİ DİZAYNDA İNDİ CƏMİ 12500 MANATDAN BAŞLAYAN QİYMƏTLƏRLƏ NİSSAN SALONLARINDA.
ƏSL YAPON KEYFIYYƏTİ SİZƏ HƏLƏ BU QƏDƏR YAXIN OLMAMIŞDI!
15%-DƏN BAŞLAYAN BANK FAİZİ, 20%-DƏN BAŞLAYAN İLKİN ÖDƏNİŞ OLMAQLA SƏRFƏLİ KREDİT ŞƏRTLƏRİ.
TƏLƏSİN, AVTOMOBİLLƏRİN SAYI MƏHDUDDUR!
ÜNVAN: BABƏK PROSPEKTİ 31, SALAMZADƏ KÜÇƏSİ 2.
TELEFONLAR: 448 38 38; 430 81 41
NISSAN müştərilərini sevindirməkdə davam edir!
İndi
NISSAN Servis Mərkəzlərində Payıza hazırlıqla bağlı Servis Kampaniyası keçirilir. Kampaniya çərçivəsində Nissan və İnfiniti müştərilərinə aşağıdakı güzəştli xidmət paketi təklif olunur:
1. Avtomobilin hərəkət hissələrinin, şüşəsilən sisteminin o cümlədən əyləc sisteminin pulsuz diaqnostikası
2. Əlaqədar ehtiyat hissələrinin qiymətinə 20% endirim
Həmçinin kampaniya yuxarıda göstərilən bütün xidmətlərin işçilik haqqına 20% endirim təklif edir.
Kampaniya Noyabrın 15-inə qədər davam edir.
Ünvanlar: Babək pr.31, Salamzadə küç.2
Telefonlar: (+994 12) 447 41 94
(+994 12) 448 38 38
(+994 12) 430 90 90
(+994 12) 430 81 41
“Nurgün Motors”un ən yaxşı servis məsləhətçisi seçildi!
10 Oktyabr 2010-cu il, Salyan
Nissan avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru olan Nurgün Motors eyni zamanda yüksək keyfiyyətli servis xidmətini də təklif edir. Servis isə avtomobil alan müştəri üçün ən vacib nüanslardan biridir. Uğurlu avtomobil satışı müştəriyə göstərilən servis xidmətinin səviyyəsindən çox asılıdır. Ona görə də servisdə çalışan əməkdaşlarının müştəriyə yüksək səviyyəli xidmət göstərməsini təmin etməkdən ötrü Nurgün Motors mütəmadi olaraq treninqlər, motivasiya xarakterli aksiyalar və kampaniyalar həyata keçirir. Bu sırasından olan tədbirlərdən biri də Nissan Servisdə çalışan servis məsləhətçilərinin ənənəvi NİSAC (Nissan Service Advisors Contest) yarışmasıdır. Hər il keçirilən bu yarışmaya bu il 6 servis məsləhətçisi qatılmışdı. Onlar Nissan standartlarına əsaslanan servis prosesinin müxtəlif mərhələlərini əhatə edən yazılı test və müştəri ilə bağlı olan 3 rol oyununda öz bilik və bacarıqlarını sınadılar. “Nissan”ın Regional Mərkəzindən gələn müşahidəçi qonaqların iştirakı nəticələr hesablanandan sonra məlum oldu ki, ən yaxşı servis məsləhətçisi üçün “Nissan”ın təsis etdiyi qızıl medalın sahibi Ramin Paşayevdir. Gümüş medalı Fəxri Vahabov, bürünc medalı isə Coşqun Məmmədov qazandılar. Qaydalara görə yarışmanın Regional mərhələsində “Nurgün Motor”u Ramin Paşayev təmsil edəcək.
NİSSAN ən yaxşı satıcısını seçdi!
3 Oktyabr 2010-cu il, Salyan
Müştəri məmnuniyyətini hər zaman fəaliyyətində prioritet məsələ kimi ön plana çıxaran “NISSAN” hər il 3 sahə üzrə ən yaxşı mütəxəssisini seçmək üçün müsabiqələr təşkil edir. Bunlar ən yaxşı ustanı seçmək üçün NİSTEC (Nissan Service Technisians Contest), ən yaxşı satış məsləhətçisini seçmək üçün NİSEC (Nissan Sales Executives Contest) və ən yaxşı servis məsləhətçisini seçmək üçün NİSAC (Nissan Service Advisors Contest) adlanan yarışmalardır. Bu sahələr təsadüfən seçilməyib. Sadalanan sahələrin mütəxəssislərinin qarşısında dayanan ən başlıca vəzifə müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etməkdir. Məhz buna görə də həm sadalanan mütəxəssislərin bilik və bacarıqlarını təkmilləşdirmək, həm də onlarda yarış ruhu, motivasiya yaratmaq üçün hər il ənənəvi olaraq bu yarışmaları təşkil edir. Bu il təşkil olunan yarışma Salyan şəhərində təşkil olunmuşdu. Digər yarışmalarda olduğu kimi bu müsabqədə də “Nissan”ın Regional mərkəzinin mütəxəssisi müşahidəçi qismində iştirak edirdi. Gərgin keçən yarışmada bütün satış personalı yüksək performans nümayiş etdirdi. Ballar hesablanandan sonra isə məlum oldu ki, Kamil Həsənov 1-ci, Elşən Əhmədov 2-ci, Rövşən Quliyev isə 3-cü yerin sahibi oldular. Hər üç satış məsləhətçisi “Nissan”ın medalları və “Nurgün Motors”un mükafatları ilə təltif olundular. Qeyd edək ki, yarışmada 1-ci yeri qazanan iştirakçı – Kamil Həsənov “Nurgün Motors”u NİSEC yarışmasının Regional mərhələsində təmsil edəcək.
“Nurgün Motors”un ən yaxşı ustası müsabiqə yolu ilə seçildi!
26 sentyabr 2010-cu il tarixində “Nurgün Motors”un Salamzadə küçəsi 2 ünvanında yerləşən Satış və Servis Mərkəzində servis ustalarının ənənəvi NİSTEC (NİSSAN SERVİCE TECHNİSİANS CONTEST) yarışması təşkil olundu. Yarışmaya 6 ən yaxşı usta qatılmışdı. Bu ustalar aralarında ən yaxşısını seçmək üçün avtomobilin mühərrik və elektronika bölmələrinə aid 3 problemi reqlamentə uyğun vaxt ərzində NİSSAN servis təlimatlarında qeyd olunan proses ardıcıllığı ilə təyin edib aradan qaldırmalı idilər. Problemləri təlimata uyğun ardıcıllıqla vaxt çərçivəsində aradan qaldırıb ən çox bal toplayan usta yarışmanın qalibi seçilərək NİSTEC Regional yarışmasına qatılmaq hüququ əldə edəcəkdi. Jüridə isə həm “NISSAN Servis”in rəhbər şəxsləri, həm də “NISSAN”ın Regional Mərkəzinin nümayəndəsi təmsil olunurdu. Gərgin keçən yarışmanın sonunda Rəşad Abdullayev 1-ci, Ruslan Abdullayev 2-ci, Anar İsayev isə 3-cü yerin sahibi oldular. Hər üç usta “NISSAN”ın xüsusi olaraq bu yarışma üçün hazırlanmış qızıl, gümüş, bürünc medalları və “Nurgün Motors”un qaliblər üçün təsis etdiyi mükafatlarla təltif olundular. Rəşad Abdullayev yarışmanı yüksək səviyyədə təşkil etdiyinə görə təşkilatçılara minnətdarlığını bildirdi və irəlidəki NİSTEC Regional yarışmasında “Nurgün Motors” şirkətini layiqincə təmsil edəcəyinə söz verdi.
TAM YENİ İNFİNİTİ QX56 ARTIQ AZƏRBAYCANDA!
25 SENTYABR 2010 Bakı şəhəri HEZZ Club
İnfiniti avtomobillərinin Azərbaycanda rəsmi distribütoru Nurgün Motors Yeni İnfiniti QX56 avtomobilini media nümayəndələri və gələn qonaqlara təqdim etdi.
Tədbirin aparıcısı İlham Abdulov ilk öncə sözü tanınmış teleaparıcı Murad Dadaşova verdi. Murad bəy üzün illərdir ki, İnfiniti sahibidir. M. Dadaşov QX56 modelinin ölkəmizdə təqdim olunmasını Azərbaycan avtomobil bazarında mühüm hadisə kimi qiymətləndirdi: “Yeni, möhtəşəm bir avtomobilin təqdim olunması hər bir avtomobil həvəskarı kimi məni də sevindirir. Ümid edirəm ki, İnfiniti QX56 bu markanın digər modelləri kimi böyük uğur qazanacaq”.
Model haqqında hazırlanmış qısa filmlər qonaqlar tərəfindən böyük alqışla qarşılandı. Daha sonra şirkətin Marketinq departamentinin rəhbəri İlkin Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Rəqs qrupunun çıxışının ardınca pərdə qalxdı və yeni İnfiniti QX56 gələn qonaqlara və media nümayəndələrinə nümayiş etdirildi.
Baza komplektasiyasında avtomobil yeddi nəfər üçün nəzərdə tutulub, amma ikinci cərgəyə kresloların əvəzinə 60/40 nisbətində qatlanan divan yerləşdirildikdə QX56 səkkiz yerlik olur. Bütün kreslolar elektrik naqilləri ilə təchiz olunub. Hətta baza versiyasında salona bütünlüklə dəri üzlük çəkilib və təbii ağacdan dekorativ elementlər vurulub.
Avtomobilin yeganə mühərriki avtomobil həvəskarlarına yaxşı tanış olan 5,6 litr həcmli V8 mühərrikidir. O, modernləşdirilib və indi onun qüvvəsi 400 at gücü təşkil edir, qənaətcilliyi isə 12% artırılıb. Mühərrik 7 pilləli avtomat transmissiya ilə tandemdə işləyir, həmçinin əl rejiminə keçmək imkanı da mövcuddur. Tam ötürücülü versiyada 4H və 4L rejimləri nəzərdə tutulub, zərurət yarandıqda fırlanma anı 50%-i ön təkərlərə ötürülə bilər.
YENİ NISSAN QASHQAI AZƏRBAYCANDA!
“NISSAN”ın model sırasında ən çox diqqət çəkən yenilənmiş avtomobillərdəndən birini çox vaxt belə adlandırırlar.
Aqressiv şəhərli Yeni Nissan Qashqai
“NURGUN MOTORS” Yeni NISSAN QASHQAI avtomobilinə olan hədsiz marağı nəzərə alaraq onu əldə etmək istəyənlərə yeni imkanlar yaradır. İndi NISSAN QASHQAI avtomobilini müxtəlif komplektasiyalarda çox sərfəli qiymətlərlə nəğd və 15%-dən bşlayan bank faizi, 20%-dən başlayan ilki ödəniş olmaqla əlverişli kredit şərtləri ilə əldə edə bilərsiniz.
Bəs adı dillərdə dolaşan bu avtomobili sələflərindən fərqləndirən nədir?
Yeni Nissan Qashqai avtomobili modern dizaynlı kuzova, interyerdə bəzi dəyişikliklərə və yeni cihazlar panelinə malikdir. Yenilənmiş Qashqai avtomobilini daha da ensizləşdirilmiş qabaq işıqlara, çıxıntılı ştamplı kapota, yeni radiator çərçivəsinə və orijinal qabaq bamperinə görə tanımaq olar. Avtomobildə arxa bamper və işıq diodları quraşdırılmış arxa işıqlar da dəyişdirilmişdir.
Qashqai-ın salonunun mərkəzində kristallmayeli monitoru olan daha sərt yeni cihaz paneli diqqəti çəkir. Monitora bort kompüterindən yanacaq ehtiyatı və avtomatik transmissiyanın işinin rejim göstəricisi haqqında informasiya daxil olur.
Yeni Nissan Qashqai bu dəyişikliklərdən sonra daha AQRESSİV görkəm alıb. Bundan başqa, xarici görkəmində baş verən dəyişikliklər nəticəsində aerodinamik müqavimətin əmsalı azalaraq 0,34-dən 0,33-ə enmişdir. Bamperin aşağı hissəsinin forması havaqoruyucusunun ətrafında dəyişdirilərək havanın radiatora daxil olmasını asanlaşdırıb.
Krossover yeni 17 düymlü təkərlərə, işıqdiodlu dəyişdirilmiş arxa işıqlara və daha 2 yeni rəngə - Magnetic Red (qırmızı) və Titanium Grey (boz) rənglərinə sahib olacaq. Arxa işıqlara yeni duman ayıranlar (səpələyən), stop-siqnallara isə 12 işıqdiodu əlavə olunmuşdur.
Yenilənib işlənmiş qarmaq sayəsində komfortun və idarəçiliyin yaxşılaşması gözlənilir. Salonun yeni çoxqatlı izolyasiyalı materiallardan olması isə vibrasiya və səsin səviyyəsini azaltmışdır.
Avtomobilin daxilinə kristalmayeli monitor quraşdırılmış, yeni tərtibatlı cihazlar paneli, spidometr və taxometrin yeni dizaynı, taxometrdən solda termometr, iki əsas şkalanın arasında isə bort kompyuterinin TFT ekranı, əşyaların saxlanması üçün əlavə bölmələr, həmçinin sürücünün və sərnişinlərin ayaqlarının altında işıqlandırıcı əlavə olunub. Qapı panellərinin yuxarı hissəsi və qabaq panel qara rəngdə, oturacaq və qapıların aşağı hissəsi açıq boz rəngdədir. Dəri işlənmə daha incə həyata keçirilib.
Audio sistemdə də dəyişikliklər baş verib. Belə ki, MP3 musiqi formatını dəstəkləyən və 6 kompakt diskli çeyncer quraşdırılıb. SE/SE+ və SV komplektasiyalarında avtomobilin dinamik stabilizə sistemi olan Electronic Stability Program sistemi vardır ki, bu da 1,6 l həcmli mühərriklərlərin ESP kurs dözümlülüyünü qorumağa imkan verir. 6 dinamikdən ibarət olan akustik sistem və kruiz-kontrol sistemində sürət həddi vardır. SV komplektasiyasının xüsusi versiyası şüşəli panorama lyuk və elektrik ötürücülü pərdələrə malikdir.
Yeni Qashqai-ın xarici görünüşü London, Paddinqtonda yerləşən Nissan Design Europe-da, lakin əsas texniki mühəndis məsələləri – Nissanın Avropa texniki mərkəzində (İngiltərə,Bedfordşir) işlənib hazırlanmışdır. Avtomobillər Nissanın Ingiltərədəki Sanderlend zavodunda da istehsal olunur.
Ətraflı məlumat üçün müraciət edə bilərsiniz:
Ünvanlar:
Babək prospekti 36
Salamzadə küçəsi 2 (Nəqliyyat Nazirliyinin yaxınlığı)
Telefonlar:
(+994 12) 448 38 38
(+994 12) 430 81 41
AVROPA – AZƏRBAYCAN VELOSİPED YÜRÜŞÜ
2010-cu il “Ekologiya ili” çərçivəsində təşkil olunan bu yürüşün məqsədi ətraf mühitin qorunması, enerji və ərzaq təhlükəsizliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə ideyalarının təbliğ edilməsi və eləcə də, velosiped idmanının Azərbaycanda dəstəklənməsi məqsədini daşıyırdı.
Xarici İşlər, İdman və Gənclər, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, NATO və Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycan-Avropa Velosiped Yürüşü" 28 avqust – 6 sentyabr tarixlərində Bakı-Gəncə marşrutu üzrə davam etdi. Tədbirdə həm xarici, həm də yerli ekoloqlar, diplomatlar, energetika və "green technology" sahəsinin nümayəndələri və velosipedlilər iştirak edirdi.
Müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökümət təşkilatlarından əlavə, bir sıra şirkətlər, o cümlədən “Nissan - AZƏRBAYCAN” sponsor olaraq bu əlamətdar tədbirə qatıldı.
14 ölkədən 32 iştirakçının o cümlədən “Yaşıl velosipedçilər” klubundan olan 11 yerli idmançımızın da iştirak etdiyi yürüş Bakıdan start götürməklə Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Göyçay rayonlarından, Mingəçevir şəhərindən keçərək sentyabrın 5-də Gəncədə başa çatdı. Yürüş iştirakçıları akiya boyunca ölkəmizin gözəl təbiətini seyr edib, adı çəkilən yaşayış məntəqələrinin tarixi və eyni zamanda təbiəti ilə tanış olub, həmin yerlərdə təşkil olunan ekoloji mövzularda müzakirələrə qatıldılar.
Birinci gün
Yürüşün birinci günü iştirakçıların ilk dayanacağı Qobustan tarixi qoruğu oldu. Azərbaycan tarixini ən qədim dövrlərinin yadigarı olan bu tarixi məkan velosipedçilərin marağına səbəb oldu.
İkinci gün
Tariximizin “daş yaddaşı” ilə tanış olan yürüş iştirakçıları ikinci gün Şamaxıya dogru istiqamət aldılar. Yol boyunca iştirakçıların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə Polis və Təcili Tibbi Yardım avtomobilləri iştirakçıları müşayət edirdi.
Şamaxıya çatanda artıq günün ikinci yarısı idi. Şamaxı şəhər icra hakimiyyətinin başçısı iştirakçılarla nahar süfrəsi arxasıdna görüşüb onları salamladı. Daha sonra yol yorgunluğunu çıxaran idmançılar Şamaxı şəhər tarix-diyarşünaslıq müzeyinə getdilər. Muzey bələdçisi Şamaxının qədim tarixi, Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyi töhfələr haqqında dolğun məlumat verdi. 16-cı əsr Avropa səyyahlarının Şamaxı haqqında yazıları və şəkilləri iştirakçıları çox maraqlandırdı. Daha sonra Şamaxının iqitsadi potensialının göstəricisi olan bir sıra sənaye müəssisələri ziyarət olundu.
İdmançılar həmçinin Şamaxını bütün dünyada məhşur edən obyektlərdən biri AMEA-nın nəzdində fəaliyyət göstərən, İslam dünyasında ən boyük və ən qədim observatoriya olan Şamaxı rəsədxanasında olub, rəsədxananın iş prinsipi, elmi əhəmiyyəti haqqında geniş məlumat əldə etdilər. Iştirakçılar observatoriyanın ən əsas teleskopunun işləmə mexanizmi ilə əyani tanış oldular. Axşam isə Ekologiya və təbii sərvətlər nazirliyinin nümayəndəsi tərəfindən Ekoloji təhlükəsizlik mövzusunda geniş təqdimat oldu.
Üçüncü gün
Veloyürüşün üçüncü günü yürüş iştirakçıları İsmayıllı rayonunda oldular. Qeyd edək ki, Bakıdan 185 km aralıda yerləşən İsmayıllı rayonun 74.100 nəfər əhalisi var. Dağlarla əhatə olunmuş bu gözəl rayon çox gözəl yaşıl təbiətə və zəngin landşafta malikdir.
İsmayıllı şəhərinin girişindəki Heydər Əliyev meydanında gəzintidən sonra rayon ərazisində yerləşən təbii qoruqlardan biri ziyarət edildi. Qoruq ərazisində zəngin flora örtüyü və orta əsrlərdən qalmış qala divarlarının qalıqları movcuddur.
Daha sonra Ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşları – peşəkar meteoroloqlar tərəfindən “Ətraf mühitin təhlükəsizliyi: iqlim dəyişikliyi” mövzusunda interaktiv müzakirə təşkil edildi. İştirakçılar öz ölkələrində müvafiq sahə üzrə təcrübəni paylaşdılar. Mühazirəçilər iştirakcıları maraqlandıran suallara cavab verdilər. Şam yeməyindən sonra İsmayıllı şəhər mərkəzində kiçik gəzinti təşkil edildi. Yapon mütəxəsisləri tərəfindən inşa edilən “Yapon bağına” səfərdən sonra istirakçılar növbəti gunə daha gümrah başlamaq üçün istirahət etdilər.
Dördüncü gün
Dordüncü günün dayanacağı Qəbələ oldu. Bu şəhərin son dərəcə müasir görkəmi və misilsiz təbiəti idmançılarin çox xosuna gəldi. Rayonun ən qabaqcil istehsalat mərkəzlərini ziyarət edildi.
Beşinci gün
Veloyürüşün beşinci günü Azərbaycanda öz dadlı narı ilə məşhur olan Göycaya doğru yürüş edildi. Göyçayın gəzməli yerlərini və sənaye mərkəzlərini ziyarət etdikdən sonra yürüş iştirakçıları Mingəçevirə doğru yol aldılar. Prezidentin fərmanı ilə tikilən Mingəçevir avarçəkmə bazasını ziyarət edib şəhərin ən görməli yerləri ilə tanış oldular. Müzakirələrin bu günü “NISSAN”ın öz fəaliyyətində təbiq etdiyi “Green Program”a həsr olundu. Yürüş iştirakçıları müzakirələr zamanı “NISSAN”ın ekoloji standartları, o cümlədən dünyada ilk elektromobil olan NISSAN Leaf haqqında maraqlı faktlar eşitdilər.
Növbəti gün iştirakçılar Qədim Gəncəyə doğru yol aldılar. Hamı çox həyəcanlı idi. Belə ki finiş xətti yaxınlaşırdı. İştirakçılara bir sıra yerli velosipedçilər də qoşulmuşdu. Finiş xəttini keçdikdən sonra kiçik bir brifinq və ardından iştirakçılara xatirə hədiyyələri təqdim olundu. Gəncənin tarixi ilə yaxından taniş olduqdan sonra axşam istirakçılarin şərəfinə Konsert tə.kil olundu. Yerli incəsənət ustalarının ifasında səslənən milli musiqimiz iştirakçıları valeh etdi.
İştirakçılar bu yürüşdən evlərinə qazandıqları yeni dostlarla və Azərbaycan haqqında gözəl təssüratlarla döndülər. Nissan Azərbaycan olaraq bu tədbirin təşkil olunmasında iştirak etdiyimizə görə çox məmnunuq. Və umidvarıq ki, bu bir ənənə halını alacaq...
Avropa – Azərbaycan Velosiped yürüşü davam edir. Novbəti dayanacaq İsmayıllıdır.
Azərbaycan Respublikası Xarici İşlər, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin o cümlədən Azərbaycandakı Avropa Sənaye və ticarət palatası tərəfindən təşkil olunan və Nissan-Azərbaycanın sponsorluğu ilə gerçəkləşdirilən Avropa-Azərbaycan velosiped yürüşü tam sürətlə davam etməkdədir.
Veloyürüşün üçüncü günü yürüş iştirakçıları İsmayıllı rayonunda oldular. Qeyd edək ki Bakıdan 185 km aralıda yerləşən İsmayıllı rayonun 74.100 nəfər əhalisi var. Dağlarla əhatə olunmuş bu gözəl rayon çox gözəl yaşıl təbiətə və zəngin landşafta malikdir.
İsmayıllı şəhərinin girişindəki Heydər Əliyev meydanında gəzintidən sonra rayon ərazisində yerləşən təbii qoruqlardan biri ziyarət edildi. Qoruq ərazisində zəngin flora örtüyü və orta əsrlərdən qalmış qala divarlarının qalıqları movcuddur.
Daha sonra Ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşları – peşəkar meteoroloqlar tərəfindən “Ətraf mühitin təhlükəsizliyi: iqlim dəyişikliyi” mövzusunda interaktiv müzakirə təşkil edildi. İştirakçılar öz ölkələrində müvafiq sahə üzrə təcrübəni paylaşdılar. Mühazirəçilər iştirakcıları maraqlandıran suallara cavab verdilər. Şam yeməyindən sonra İsmayıllı şəhər mərkəzində kiçik gəzinti təşkil edildi. Yapon mütəxəsisləri tərəfindən inşa edilən “Yapon bağına” səfərdən sonra istirakçılar növbəti gunə daha gümrah başlamaq üçün istirahət etdilər.
Bakı – Gəncə marşrutu üzrə velosiped yürüşü davam edir...
“Ekologiya ili” çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman Nazirliklərinin təşkilatçılığı və “NISSAN”ın sposorluğu ilə həyata keçirilən Avropa – Azərbaycan velosiped yürüşü davam edir.
30 İyul 2010-cu il. Nurgün Motors Bakı şəhəri, Salamzadə küçəsi 2 ünvanında yerləşən Nissan Satış və Servis Mərkəzində gəlişi ilə Azərbaycan avtomobil bazarında rezonans yaradan “Nissan”ın flaqmanı Yeni Nissan Patrol avtomobilinin media nümayəndələri üçün təqdimatını keçirdi. Əvvəlcə jurnalistlər üçün mətbuat konfransında Yeni Nissan Patrol haqqında film nümayiş etdirildi. Sonra isə medianı maraqlandıran suallar cavablandırıldı. Mətbuat konfransından çıxan jurnalistləri isə salonda yenilənmiş dizayn, gecləndirilmiş müühərrik və ən yeni texnologiyalarla təchiz edilmiş YENİ NİSSAN PATROL avtomobili gözləyirdi.
Tədbir jurnalistlər üçün Yeni NİSSAN Patrol-un TEST-DRAYV ilə başa çatdı.
















