slider0slider1slider2slider3slider4slider5slider6slider7slider8slider9slider10slider11slider12slider13slider14slider15slider16

Korporativ tədbirlər

2009-cu il “Uşaq ilidir”- Yolda həmrəylik təhlükəsizliyin təminatıdır!
 
 
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli 103 №-li sərəncamına əsasən 2009-cu il ölkəmizdə “Uşaq ili” elan edilmişdir. Nurgün Motors şirkəti də öz növbəsində “Uşaq ili” çərçivəsində uşaqların hərtərəfli inkişaf etməsi, sağlam formalaşması və ölkəmizin gələcək inkişafının təmin edilməsi məqsədi ilə müntəzəm olaraq uşaq və yeniyetmələrlə silsilə tədbirlər keçirir.
 
Belə tədbirlərdən biri 30 oktyabr 2009-cu il tarixində Daxili İşlər Nazirliyin Dövlət Yol Polisi İdarəsinin, NİSSAN avtomobillərinin Azərbaycanda rəsmi nümayəndəsi Nurgün Motors şirkətinin və Təhsil Nazirliyinin 46 saylı Məktəbdən kənar Tərbiyə İşi Mərkəzinin birgə təşkil etdiyi tədbir olmuşdur. Tədbir uşaq avtoşəhərciyində keçirilmişdir.
 
Tədbirdə Bakı şəhəri Nəsimi, Nərimanov, Yasamal, Səbail, Nizami, Xətai, Binəqədi və Suraxanı rayon məktəblərindən çoxlu sayda məktəbli uşaqlar iştirak etmişdir. Həmçinin tədbirdə Dövlət Yol Polisi İdarəsinin, Nürgün Motors şirkətinin və Bakı Şəhər Baş Təhsil İdarəsinin nümayəndələri iştirak etmişlər.
 
Tədbirdə uşaqların bilik və qabiliyyətlərinin nümayiş etdirilməsi üçün geniş şərait yaradılmışdır. Belə ki, asfalt və kağız səth üzərində NİSSAN avtomobillərinin modellərini təsvir edən şəkillər, yol hərəkəti qaydalarını bildirən işarələr və digər şəkillər çəkilmişdir. Yolu keçərkən piyadaların və avtomobildə olan uşaqların təhlükəsiz hərəkətinin təmin edilməsinə dair səhnəciklər, məktəbli sürücülərin minik avtomobil və velosiped sürərək yol hərəkəti qaydalarına riayət etmələri haqqında çıxışlar etmişlər.
 
NİSSAN avtomobillərinin ölkəmizdəki rəsmi nümayəndəsi Nurgun Motors şirkətinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nərminə Bağırova bildirdi ki, Nurgün Motors şirkəti uşaqlarla bağlı tədbirlərin həyata keçirilməsində iştirak edir. 2008-ci ildə də NİSSAN avtosalonunda məktəbli uşaqların iştirakı ilə “Avtomobildə təhlükəsiz hərəkət”, “Təhlükəsizlik nədir?” mövzularında da tədbirlər keçirilmişdir.
 
Tədbirin sonunda yaradıcılığı və bacarığı ilə fərqlənən məktəblilərə Nurgün Motors şirkəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur. Tədbirin keçirildiyi 46 saylı Məktəbdən kənar Tərbiyə İşi Mərkəzinə isə uşaqların istifadəsi üçün nəzərdə tutulan kiçik NİSSAN avtomobili hədiyyə edilmişdir.