Azərbaycan | English | Русский
 


   www.nissan.az


   www.nbcbank.az

«Nurgün» Sirkətlər Qrupunun yarandığı tarixdən etibarən, onun aparıcı şirkətlərindən biri “Nurgun Motors“ dünya avtomobil istehsalçılarının flaqmanlarından olan “Nissan“ Konserninin Azərbaycanda rəsmi distribütorudur. ətraflı...

"NBC Bank"ın missiyası - müştəri münasibətlərini inkişaf etdirmək, kiçik və orta sahibkarlığın inkişafına hər cür kömək göstərmək, əhalinin istehlak kreditlərinə olan ehtiyaclarının ödənilməsinə töhvə vermək, iqtisadiyyatı keyfiyyətli bank məhsulları və ximətləri ilə təmin etmək və insan resurslarını qorumaqdır. ətraflı...

“Büllur” fabriki Nurqün Qrupa daxil olan əsas istehsal müəssisələrindən biridir. Müəssisə 2005-ci ildən tam gücü ilə fəaliyyət göstərməyə başlamışdır. Hazırda müəssisədə məişət kimyası məhsullarının bütün çeşidləri istehsal olunur. ətraflı... “Nurgun” Şirkətlər Qrupuna daxil olan 1994-cü ildən fəaliyyət göstərən “Nurgun İnşaat” şirkəti respublikada yaradılan ilk özəl inşaat şirkətlərindən biridir. Fəaliyyət göstərdiyi müddət ərzində “Nurgun İnşaat” bir sıra iri miqyaslı tikinti lahiyələrini reallaşdirmışdır. ətraflı...
  Xəbərlər

  Avropa – Azərbaycan Velosiped yürüşü davam edir. Novbəti dayanacaq İsmayıllıdır. 

 Azərbaycan Respublikası Xarici İşlər, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin o cümlədən Azərbaycandakı Avropa Sənaye və ticarət palatası tərəfindən təşkil olunan və Nissan-Azərbaycanın sponsorluğu ilə gerçəkləşdirilən Avropa-Azərbaycan velosiped yürüşü tam sürətlə davam etməkdədir.

 Veloyürüşün üçüncü günü yürüş iştirakçıları İsmayıllı rayonunda oldular. Qeyd edək ki Bakıdan 185 km aralıda yerləşən İsmayıllı rayonun 74.100 nəfər əhalisi var. Dağlarla əhatə olunmuş bu gözəl rayon çox gözəl yaşıl təbiətə və zəngin landşafta malikdir.

 İsmayıllı şəhərinin girişindəki Heydər Əliyev meydanında gəzintidən sonra rayon ərazisində yerləşən təbii qoruqlardan biri ziyarət edildi. Qoruq ərazisində zəngin flora örtüyü və orta əsrlərdən qalmış qala divarlarının qalıqları movcuddur.

 Daha sonra Ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşları – peşəkar meteoroloqlar tərəfindən “Ətraf mühitin təhlükəsizliyi: iqlim dəyişikliyi” mövzusunda interaktiv müzakirə təşkil edildi. İştirakçılar öz ölkələrində müvafiq sahə üzrə təcrübəni paylaşdılar. Mühazirəçilər iştirakcıları maraqlandıran suallara cavab verdilər. Şam yeməyindən sonra İsmayıllı şəhər mərkəzində kiçik gəzinti təşkil edildi. Yapon mütəxəsisləri tərəfindən inşa edilən “Yapon bağına” səfərdən sonra istirakçılar növbəti gunə daha gümrah başlamaq üçün istirahət etdilər.

 

Bakı – Gəncə marşrutu üzrə velosiped yürüşü davam edir...
“Ekologiya ili” çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman Nazirliklərinin təşkilatçılığı və “NISSAN”ın sposorluğu ilə həyata keçirilən Avropa – Azərbaycan velosiped yürüşü davam edir.

 
Yürüşün birinci günü idmançılar Azneft meydanından yolasalma mərasimindən sonra Azərbaycan tarixinin ən önəmli atributu sayılan Qobustana yürüş etdilər.
 
Tariximizin daş yaddaşı ilə tanış olan yürüş iştirakçıları ikinci gün Şamaxıya dogru istiqamət aldılar. Yol boyunca iştirakçıların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə Polis və Təcili Tibbi Yardım avtomobilləri iştirakçıları müşayət edirdi.
Şamaxıya çatanda artıq günün ikinci yarısı idi. Şamaxı şəhər icra hakimiyyətinin başçısı iştirakçılarla nahar süfrəsi arxasıdna görüşüb onları salamladı. Daha sonra yol yorgunluğunu çıxaran idmançılar Şamaxı şəhər tarix-diyarşünaslıq müzeyinə getdilər. Muzey bələdçisi Şamaxının qədim tarixi, Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyi töhfələr haqqında dolğun məlumat verdi. 16-cı əsr Avropa səyyahlarının Şamaxı haqqında yazıları və şəkilləri iştirakçıları çox maraqlandırdı. Daha sonra Şamaxının iqitsadi potensialının göstəricisi olan bir sıra sənaye müəssisələri ziyarət olundu.
İdçmançılar həmçinin Şamaxını bütün dünyada məhşur edən obyektlərdən biri AMEA-nın nəznində fəaliyyət göstərən, İslam dünyasında ən boyük və ən qədim observatoriya olan Şamaxı rəsədxanasında olub, rəsədxananın iş prinsipi, elmi əhəmiyyəti haqqında geniş məlumat əldə etdilər. Iştirakçılar observatoriyanın ən əsas teleskopunun işləmə mexanizmi ilə əyani tanış oldular.
Axşam isə Ekologiya və təbii sərvətlər nazirliyinin nümayəndəsi tərəfindən Ekoloji təhlükəsizlik mövzusunda geniş təqdimat oldu.

 

30 İyul 2010-cu il. Nurgün Motors Bakı şəhəri, Salamzadə küçəsi 2 ünvanında yerləşən Nissan Satış və Servis Mərkəzində gəlişi ilə Azərbaycan avtomobil bazarında rezonans yaradan “Nissan”ın flaqmanı Yeni Nissan Patrol avtomobilinin media nümayəndələri üçün təqdimatını keçirdi. Əvvəlcə jurnalistlər üçün mətbuat konfransında Yeni Nissan Patrol haqqında film nümayiş etdirildi. Sonra isə medianı maraqlandıran suallar cavablandırıldı. Mətbuat konfransından çıxan jurnalistləri isə salonda yenilənmiş dizayn, gecləndirilmiş müühərrik və ən yeni texnologiyalarla təchiz edilmiş YENİ NİSSAN PATROL avtomobili gözləyirdi.

Tədbir jurnalistlər üçün Yeni NİSSAN Patrol-un TEST-DRAYV ilə başa çatdı.

 

FORD SERVİS-DƏN YENİ KAMPANİYA

İyul ayının 5-dən avqust ayının 5-ə qədər Ford Servisdə Ford avtomobillərinin soyutma sisteminin pulsuz diaqnostikası həyata keçiriləcək. Kampaniya çərçivəsində həmçinin əlaqədar ehtiyat hissələrinə və işçilik haqqına 20% endirim tətbiq olunur. Ford Servisə gəlin və Sizin üçün yaradılmış bu fürsətdən istifadə edərək FORD avtomobilinizi isti yay günlərinə tam hazır vəziyyətə gətirin.

 

 

NISSAN SERVİS-dən YENİ KAMPANİYA!

21 İyun 2010-cu il tarixindən Nissan Servis Mərkəzlərində yeni bir kampaniyaya start verildi. İndi Nissan və İnfiniti sahibləri öz avtomobillərinin soyutma sistemini Nissan Servis mərkəzlərində pulsuz diaqnostika etdirmək imkanına malikdirlər. Bundan əlavə kampaniyanın şərtlərində əlaqədar ehtiyat hissələrinə görə 20%, işçilik haqqına görə də 20% endirim nəzərdə tutulur.Avtomobilinizi isti yay günlərinə tam hazırlıqlı görmək istəyirsinizsə, vaxt itirmədən Nissan Servis Mərkəzlərinə yollanın.

Ünvanlar:
 
Babək pr.31, Salamzadə küç.2 (Nəqliyyat Nazirliyinin yaxınlığında)
Telefonlar: 448 38 38
430 81 41
 
www.nissan.az
 
 

 

Nissan GT-R superkarını gücləndirəcək

Autoblog saytının məlumatına görə Nissan kompaniyası 2012 model ilinin GT-R superkarı üçün bir sıra yeniliklər hazırlayır.İlkin məlumata görə,yenilənmiş qabaq splitterin quraşdırılması,həmçini arxa diffuzorun və spoylerin modernləşməsi nəticəsində avtomobilin aerodinamik xarakteristikası daha da təkmilləşəcək.
 
Belə ki, GT-R superkarının 3,8-litrlik altı silindrli turbo mühərriki 485 at gücündən 500 at gücünə kimi sürətləndiriləcək. Həmçinin, avtomobilin asqı və əyləc mexanizminin modernləşməsi də planlaşdırılır, lakin hələ ki, bu dəyişikliklər haqqında əlavə məlumat şərh olunmayıb.
 
Yenilənmiş GT-R superkarı diler mərkəzlərində gələn ilin əvvəllərində gözlənilir.
 
Nissan GT-R avtomobilinin modernləşmə prosesi artıq keçən ilin ikinci yarısından başlamışdı.Avtomobildə artıq yenidənqurulmuş yaylar və ön asqının amortizatorları, əlavə aerodinamik elementlər və əyləc gücünün paylanmasının elektron blokunun köklənməsi kimi dəyişikliklər olunmuşdur. Həmçinin superkar arxa və ön dönmə oxu arasında fırlanma anının yeni paylanma alqoritmini əldə etmişdi (Nissan nümayəndəsinin sozlərinə görə, bunun sayəsində alçaq sürətdə dönmələrin idarəedilməsi daha da yaxşılaşmışdır).
 
 

 

Kubok Final

Ötən həftənin bazar günü yəni 23 may 2010-cu il tarixində Azərbaycan futbolunun tarixinə əlamətdar gün kimi düşdü. Həmin gün XVIII Azərbaycan kubokunun final görüşü keçirildi. T.Bəhramov adına Respublika stadionunda "Xəzər Lənkəran" klubu ilə qarşılaşan "Bakı" rəqibini 2:1 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə bu titula sahib çıxdı.

Oyundan sonra "Bakı" komandasına AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən qızıl medallar və Azərbaycan kuboku təqdim olundu.
 
Bu il keçirilən final oyununun sponsorları arasında NİSSAN da var idi. Matça həyəcan qatan məqamlardan biri də oyunsonrası lotoreyada NİSSAN SUNNY avtomobilinin uduşunun keçirilməsi oldu. Lotoreyada xoşbəxt biletin sahibi olmaq “Xəzər-Lənkəran” klubunun azarkeşi Toğrul Əsgərovun payına düşdü. Bir az əvvəl sevimli komandasının final oyununda yenilməsinə üzülən azarkeş NİSSAN SUNNY-nin sükanı arxasında alqış sədaları altında stadionu dövrə vuranda onun sevincinin həddi-hüdudu yox idi. NİSSAN Toğrul Əsgərova getdiyi yolları dəyişməyi, “Bakı” FK-ya isə Azərbaycanı Avropada layiqincə təmsil etməyi arzulayır.
 
 

 

Beş gün Tailandda Yeni "Nissan MİKRA"

"Hansı ölkəyə səfərə getmək istərdiniz" sualına verilən cavablar adətən bir-birinə yaxın olur. İnsanlar daha çox Avropa ölkələrinin, ABŞ, Hindistan, Misir, Türkiyə, Yaponiya kimi məmləkətlərin adlarını çəkirlər. Açığı, bu yöndə mənə verilən suala cavabımda heç zaman "Tailand" deməmişəm. Heç ağlımın ucundan da keçməyib belə bir arzu. Lakin bu ölkədə keçiriləcək bir təqdimat mərasimində iştirak edəcəyimlə bağlı məsələdə yəqinlik hasil olandan sonra artıq Tailand da maraq dairəmə daxil oldu.
 
Düzdür, səfərlə bağlı bir qədər tərəddüdüm vardı. Birincisi, yolun uzaqlığına görə (Bakıdan birbaşa təyyarə reysi olmadığı üçün Tailandın paytaxtı Bankoka İstanbuldan getmək gərəkdir. Heç bir ölkədə enmədən, on saat yarımlıq yolu qət etməklə. Bankokdan isə daxili reyslə Puket şəhərinə). Tərəddüdümün digər səbəbi dillə bağlı idi. Axı, yad məmləkətdə yeganə ünsiyyət vasitəsi olan ingilis dilini "salam, sağ ol" səviyyəsində bilirəm. Əgər buna "bilmək" demək olarsa... Bütün bu nədənlərə baxmayaraq, "yolçu yolda gərək" deyib, beşgünlük səfərə qərar verdim.
 
"Nurgün" Şirkətlər Qrupunun dəstəyi ilə gerçəkləşən səfərdə məqsəd "Nissan" avtomobilinin yeni markasının - "Nissan Mikra"nın təqdimat mərasimində iştirak etmək idi. Qeyd edim ki, təqdimat mərasiminə Çin, Yaponiya, İordaniya, Birləşmiş Ərəb Əmirliklərindən və başqa ölkələrdən "Nissan" təmsilçiləri və media nümayəndələri qatılmışdı. Konfransın keçirildiyi salonda asılmış stendlər arasında Azərbaycanla bağlı lövhə də vardı.
 
Yeni modelin - "Nissan Mikra"nın yaradıcıları bu avtomobilin özəl xüsusiyyətləri, üstünlükləri haqqında geniş bilgilər verdilər. Bildirdilər ki, yeni model daha çox gənclər üçün nəzərdə tutulub. "Nissan Mikra" quruluşunun yığcam olması və rəng çeşidi xüsusən işgüzar xanımlarda bu modelə maraq yarada bilər.
 
Təqdimat mərasimindən sonra yeni avtomobilin rahatlığının və sürətinin yoxlanması üçün test sürmələri həyata keçirildi.
 
Mərasimdə iştirak edən qonaqlar iki-iki avtomobillərə əyləşərək "Nissan Mikra"nın "siftə"sini elədilər. Səliqəli asfaltlanmış, geniş yollarda həyata keçirilən bir neçə saatlıq yoxlamalar iştirakçılarda məmnunluq yaratmışdı.
 
Yollardan söz düşmüşkən, Tailandda da əksər Asiya ölkələri kimi nəqliyyatın hərəkəti bizim "tərsinə" hesab etdiyimiz istiqamətdədir. Bu üzdən avtomobillərin sükanı sağdadır. Hətta motosikllərin qoşqusu da sol tərəfdədir.
 
Tailandda diqqət çəkən məsələlərdən biri insanların kütləvi şəkildə motosikl sürməsidir. Bizdə oğlan sevgilisini bahalı maşınlarda aparmağı üstünlük verir, orada sevgililər bir motosiklin belində elə gedirlər ki, sanki, dünyanın ən xoşbəxtləridirlər. Hətta bütünlüklə qara çadraya bürünmüş müsəlman tailandlının motosikl sürməsi çox maraqlı mənzərədir.
 
Bəli, orada da müsəlmanlar var. Düzdür, ölkə əhalisinin əksəriyyəti buddizmə sitayiş edir. Lakin müsəlmanlar öz varlıqlarını daha qabarıq şəkildə büruzə verməyə çalışırlar. Müsəlmanları buddistlərdən seçdirən cəhətlərdən biri dindaşlarımızın rənglərinin nisbətən qara olmasıdır.
 
Bu gün İslam Tailandda yüksəliş dövrünü yaşayır desək, yanılmarıq. Məsələn, yollarda qarşıda neçə metrdən sonra "meçit" (məscid) olması göstəriciləri var. Amma budda məbədi ilə bağlı belə yol göstəricilərinə rast gəlmək olmur.
 
Deyilənə görə, ölkədə məscidlərin sayı da ilbəil artır. Bütün bunlarla yanaşı, müsəlmanların iş yerlərində, ümumən cəmiyyətdə ikinci sırada dayanması hiss olunur. Yəni, bir oteldə onlar müdiriyyətdə yox, xidmətçi işlərdə çalışırlar.
 
Ümumən isə Tailand cəmiyyətində milli kökə bağlılıq hiss olunur. İstər buddistlərdə olsun, istər müsəlmanlarda... Bu, özünü insanların bir-biri ilə ünsiyyətində, geyimlərində, mətbəxində göstərir.
 
Yeri gəlmişkən, Tailanda yola düşməzdən əvvəl və qayıdandan sonra daha çox qarşılaşdığım sual bu ölkənin mətbəxi haqda idi. Asiya xalqlarının mətbəxlərinə xas olan ünsürlər Tailand mətbəxində də üstünlük təşkil edir. Bitki yağları, meyvə-tərəvəz, bir də dəniz məhsulları.
 
Bizim üçün tanış olmayan çox çeşidli meyvə-tərəvəzlər var. Amma bizdə olan meyvə-tərəvəzin eynisinin dadı da bir qədər fərqlidir. 3-4 gündə gördüyüm qədər deyə bilərəm ki, onların təbirilə desək, "qırmızı ət"dən istifadə etmirlər. Nə quzu kababı, nə dana basdırması var. Heç çörək də gözə dəymirdi. Amma çörəyi düyü əvəz edir orada. Bizim sevdiyimiz "qırmızı ət"i isə dəniz məhsulları... İndi soruşanlara zarafatla deyirəm ki, dənizə tor atırlar, nə ilişsə bişirib yeyirlər. Həqiqətən də, bizim qida məhsulları ilə, mətbəximizlə, ağız dadımızla tamamilə əks olan yeməklərdən istifadə olunur.
 
Deyəcəksiniz ki, Tailand mətxəbini dada bilməyən kənardan gələnlər nə edirlər? Acmı qalırlar? Bu halda yeganə köməyə gələn dəniz məhsulu var - balıq. Baxmayaraq ki, bizim balıqların dadını vermir. Amma ac qalmamaq üçün keçinmək olar.
 
Ancaq maraqlı bir tendensiyanın da şahidi oldum. Yuxarıda qeyd etdim ki, təqdimat mərasiminə bir sıra ölkələrdən nümayəndələr gəlmişdi. Onların böyük əksəriyyəti Tailand mətbəxini çox rahatlıqla həzm edə bilirdilər. Hətta özləri xüsusi maraq göstərirdilər. Bu, bəlkə də bir macəraçılıqdır. Yəni, getdiyin ekzotik ölkənin mətbəxini dadmaq. Hətta o, ürəyini bulandırsa belə... Amma görünən həm də odur ki, bizim üçün nə qədər xoşagəlməz olsa belə, dünya Cənubi Asiya mətbəxinin məhsullarını artıq öz menyüsünə daxil edib.
 
Bu məmləkətdə diqqətimi çəkən nəsnələrdən biri insanların yaşadıqları evlər idi. Tədbirin keçirildiyi Puket şəhəri turizm zonası sayılır. Yəni, gəlimli-gedimlidir. Amma burada binaların mərtəbələri ikidən artıq deyil. Sadə adamların yaşadıqları kiçik evlərin ətrafı isə hasarlanmayıb. Heç qamışdan çəpəri də yoxdur. Qapı-pəncərəsi də açıq saxlanılır. Çünki "oğurluq ola bilər" qorxusu yaşamır insanlar. Axı, evlərini qiymətli əşyalarla doldurmayıblar. Oğurlanacaq bir şeyləri yoxdur.
 
Tailandın öz əlifbası var. Özü də əlifbaları və milli pulları üzərində mühafizəkardırlar. Məsələn, aeroportlarında satılan malların qiymətləri yalnız milli pul vahidi ilə göstərilir. Halbuki, İstanbul aeroportunda "evro" dominantlıq edir.
 
Bu yerlərdə ingilis dili hakim mövqeyə sahibdir. Ölkədə ikinci dil statusundadır. İngilisdilli televiziya kanalları, qəzetlər var. Bəzən, dünyanı yəhudilərin idarə etməsi haqqında fikirlər söylənilir. Amma əgər ingilislərin yaşadığı coğrafi məkandan minlərcə kilomertlərlə uzaqlarda müxtəlif millətlərdən olan insanları bir araya gətirən, onlar arasında ünsiyyət yaradan ingilis dilidirsə, dünyanın istənilən nöqtəsində dollar çıxarıb istədiyini ala bilirsənsə, demək bu gün dünyaya diqtə edən qüvvənin adı ingilisdir. Bu, acı həqiqət olsa belə...
 
Və sonda. Tailandda insanların üzündə bir sevgi, bir səmimiyyət, gələcəyə inam gördüm. Kasıbı da, varlısı da, bizdəki kimi, "Allahım, sabahkı günüm necə olacaq" sualı qarşısında dayanmış kimi görünmürdü. Təsəvvür edin, orada olduğum günlərdə paytaxt Bankokda kütləvi iğtişaşlar baş vermişdi. Amma bu hadisələr siyasətdən kənar olan insanların həyatına müdaxilə edə bilməmişdi. Hər kəs öz işi ilə məşğul idi. Gülməli də olsa, Bankokda iğtişaşların olmasını qayıdarkən burada eşitdim...
 
Aqil CAMAL Bakı-Bankok-Bakı
 

 

İki komandadan biri kubok, bir azarkeş isə Nissan sunny qazanacaq!

Futbolun gözəlliyi təkcə meydançada mübarizə aparan hər biri 11 oyunçudan ibarət 2 komandanı sərgilədiyi oyun deyil, stadionun arenaları dolduran, coşqusu ilə futbolçuları hərəkətə gətirən və 12-ci oyunçu adlandırılan azarkeşlərdir. Bu il mayın 23-də keçiriləcək XVIII Azərbaycan kubokunun finalı azarkeşlər üçün yəqin ki, daha yaddaqalan olacaq. Belə ki, doğma komandalarını dətəkləmək üçün stadiona gələn azarkeşlərin gözəl oyun seyr edib qələbə sevincini yaşamaqla bərabər həm də “Nissan”-ın təqdim etdiyi Sunny avtomobilinə sahib olmaq şansı var.
 

 Ford Kuga artıq Azərbaycanda!!!

Ford Kuga yığcam krossoverlər bazarının artıq əsas oyunçular arasında bölüşdürüldüyü zaman meydana çıxmışdır. Amma buna baxmayaraq dinamik Amerika həyatının simvolu olan bu avtomobil öz seqmentinin ən çox tələb olunan modelidir. Bu rahat, təhlükəsiz, modern və gözəl dizayna malik avtomobil artıq Azərbaycan yollarında da öz müştərilərinə xidmət göstərəcək.
 
Məlumat üçün qeyd edək ki, Ford Kuga-nın yerdən hündürlüyü 195 mm-dir və bu da sürücüyə istənilən yol şəraitində maneəsiz hərəkət etmək imkanı yaradır. Sürücünün oturduğu yer də adi yük-sərnişin avtomobillərindən yüksəkdə yerləşdirilib. Krossoverlə hetçbek arasında yeganə oxşarlıq - gözəl künc dayağı olan idman üslubundakı oturacaqlardır.
 
Ford Kuga-nın mühərriyi “Power” düyməsi ilə işə salınır və söndürülür. Bu düymə mərkəzi konsolun yuxarısında, qəza və onların nəticələrini aradan götürmək üçün nəzərdə tutulan xüsusi avadanlığın yanında yerləşdirilib.
 
Ford Kuga-da iqlim və maqnitolanı səslə idarə edən daha maraqlı opsiya vardır. Sizin komandanızın qəbul edildiyini bildirən siqnal səsinin səslənməsi üçün sükanın solunda yerləşən düyməni basmaq kifayətdir.
 
İnanırıq ki, Ford Kuga bütün dünyada olduğu kimi Azərbaycanda bir çox avtomobil alıcılarına əsl krossover fərqini hiss etdirməklə onların da rəğbətini qazanacaq. Bu avtomobili əldə etmək üçün isə rəsmi idxalçı Ford Azərbaycan şirkəti ən münasib şərtləri təqdim edir. Ford avtomobillərini o cümlədən Ford Kuga-nı Xətai pr.36-da yerləşən satış mərkəzindən həm nəğd, həm də sərfəli kredit şərtləri ilə - 17%-dən başlayan illik bank faizi, 20%-dən başlayan ilkin ödənişlə əldə edə bilərsiniz.
 
Daha ətraflı məlumat üçün əlaqə telefonları: (+994 12) 496-01-10
 
 
 

 

“NURGÜN MOTORS” İLİN AVTODİLERİDİR!

2006-cı ildən bəri hər il olduğu kimi bu il də “Consalting and Biznes” jurnalı biznesin müxtəlif sahələri üzrə fərqlənən şirkətləri müxtəlif nominasiyalar üzrə “İlin Şirkəti” Milli Biznes Mükafatı ilə təltif etdi. “Nurgün Motors” ötən ilki nəticəsini bu il də təkrarlamaqla ölkəmizin avtomobil bazarında ən nüfuzlu avtodiler olduğunu bir daha təsdiqlədi.
 
Gülüstan Sarayında keçirilən təqdimat mərasimində “İlin Avtodileri” nominasiyası üzrə “İlin Şirkəti” mükafatını “Nurgün Motors”a Milli Məclisin İqtisadi Siyasət Komitəsiin üzvü millət vəkili Vahid Əhmədov təqdim etdi və şirkətə fəaliyyətində yeni-yeni uğurlar arzuladı.
 
Xatırladaq ki, Nurgün Motors şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Şirkət Nissan, İnfiniti və s. kimi dünyaca məşhur avtomobil brendlərinin ölkəmizdəki rəsmi distribyutorudur. Ölkəmizdə yaradılan münbit biznes mühitindən istifadə edən Nurgun Motors şirkəti fəaliyyəti dövründə avtomobillərin satışı, dünya standartlarına uyğun ən son avadanlıqlarla tachiz edilmiş Servis mərkəzləri vasitəsilə xidmət sektorunda böyük uğurlar əldə etmiş, nəticədə bir çox nüfuzlu yerli və xarici mükafatlara və sertifikatlara layiq görülmüşdür. Şirkət İSO 9001-2000 beynəlxalq Keyfiyyət İdarəetmə Sistemi sertifikatını almışdır.
 
Müştəri məmnuniyyətini hər zaman prioritet kimi ön plana çəkən “Nurgün Motors” 2009-cu ildə yeni bir inkişaf, tərəqqi dövrünə qədəm qoymuşdur. Bakı şəhəri Bakıxanov qəsəbəsində fəaliyyət göstərən yeni Nissan servis mərkəzində Azərbaycanda ilk dəfə olaraq, kompüter sistemli avtorobot istifadəyə verilmişdir. 2009-cu ildə həyata keçirilən ən böyük layihə isə şübhəsiz ki, Azərbaycanda analoqu olmayan, ən son avadanlıqlarla təchiz edilmiş yeni Nissan Servis mərkəzinin istifadəyə verilməsi olacaq. Şirkətin önəm verdiyi əsas məqamlardan biri də insan qaynaqlarıdır. Hər il onlarla şirkət əməkdaşı ölkəmizdə və xaricdə keçirilən treninq və təkmilləşdirmə kurslarında iştirak edir, əldə olunan beynəlxalq təcrübə iş prosesində tətbiq edilir.
 
“Nurgün Motors”un adı 2009-cu ildə həyata keçirdiyi layihələr, kampaniyalar və göstərdiyi nəticələrlə yaddaşlarda “İlin avtodileri” kimi həkk olundu. 2010-cu ildə bu inkişaf yeniliklərlə zəngin və davamlı olacaq.

NİSSAN Qashqai “Ən təhlükəsiz avtomobil”

Təhlükəsizlik üzrə Avropa İnstitutu – EuroNCAP – növbəti dəfə müxtəlif avtomobillərin qəza-test nəticələrini təqdim etdi. Nissan Qashqai modeli bu testlərdə iştirak etdi və onun təhlükəsizlik baxımından qiymətləndirilməsi aparıldı. Yapon avtomobilin nəticələri mütəxəssisləri təəccübləndirdi.
EuroNCAP-nın direktoru Adrian Hobs etiraf etdi ki, “İnstitutun 10 illik tarixində hələ heç bir avtomobil – sürücünün təhlükəsizliyinə görə 37 bal toplamamışdır”. Bundan əlavə bu avtomobil qabaqda əyləşən sərnişinin təhlükəsizliyinə və uşaqların müdafiəsinə görə yenə əla nəticələr əldə etmişdir.
 
NİSSAN Qashqai avtomobili həmçinin şəhər mühitində yanacaq sərfiyyatının az olması, yüksək manevrliliyi, rahat idarə olunması və ultramüasir xarici görünüşü ilə öz sinfində təkrarsız lider mövqeyini saxlamaqdadır.
 
Bu unikal avtomobili Siz NİSSAN-ın Azərbaycanda rəsmi distribyutoru olan Nurgun Motors-un satış salonlarında əldə edə bilərsiniz. Hal-hazırda Nurgun Motors şirkəti Nissan Qashqai avtomobillərini əldə etmək istəyən alıcılar üçün əlverişli şərtlər təklif edir. Sadələşdirilmiş kredit şərtləri ilə 5 il müddətinə Nissan Qashqai avtomobilini heç bir əlavə vaxt itkisinə yol vermədən, tez bir zamanda əldə edə bilərsiniz. Cəmi 3900 manat ilkin ödəniş edərək bu müasir və etibarlı avtomobilə sahibi ola bilərsiniz. Bundan əlavə, Nurgün Motors Sizin sığorta və bank xərcləri qayğılarınızı öz üzərinə götürür və bunları Sizə hədiyyə edir.
 

 Nissan GT-R 2009-cu ilin ən yaxşı idman avtomobilidir

Superkar Nissan GT-R öz mükafat kolleksiyasını növbəti şərəfli titulla tamalayaraq “İlin ən yaxşı idman avtomobili” nominasiyasında qalib oldu.”İlin avtomobili” beynəlxalq müsabiqəsinin nəticələri Nyu-Yorkdakı beynəlxalq avtosalonda elan olundu.(NYİAS 2009)

“İlin ən yaxşı avtomobili” Nissan GT-R-in prestijli mükafatlarından biridir-25 ölkədən olan 56 jüri üzvü onu Porsche 911 Carrera və Corvette ZR1 –in də daxil oldugu 23 idman avtomobili siyahisindan seçərək “İlin ən yaxşı avtomobili “ mükafatina daha layiqli hesab etmişlər.
 
Beynəlxalq jürinin fikrincə Nissan GT-R bu il bütün rəqiblərini “kölgədə qoyub”. Superkar GT-R 3,8 L. həcmə, 480 at gücünə və dəqiqədə 583 dövrəyə sahib olan biturbalı V6 mühərriki ilə təmin olunub. Xüsusi olaraq bu avtomobil üçün işlənib hazırlanmış unikal təkərlər xüsusilə yarış trekində tamötürücülü şassinin bütün imkanlarını maksimal şəkildə reallaşdırmağa imkan verir. 3,6 saniyədə 100 km/saat süret yığa bilir.
 
R35-in kuzovunda Nissan GT-R –in peyda olması ilə Nissan idman trekinin favoriti olmaq və öz imkanlarından maksimal şəkildə yararlanmaq niyyətini nümayiş etdirir. Bu, demək olar öz qiymət kateqoriyasında dünyada ən yaxşı avtomobildir.
 

Kumho şirkəti protektor şəklinin vurulması üçün lazer texnologiyası hazırlayır

Əvvəl aromatik təkərlər, sonra isə rəngli tüstü yaradıldı. İndi Kumho şirkəti lazerin köməyi ilə təkərdə protektor şəklini kəsə bilən lazer texnologiyası hazırlayır.

 
Kumhonun Birminhemdəki Texniki mərkəzinin direktoru Rocer Cencinsin sözlərinə görə, yeni lazer texnologiyası onu hazırlayanlara layihələşdirmə və təcrübə mərhələsində daha çox azadlıq verəcək; gələcəkdə o xüsusi təkərlərin, o cümlədən avtosport üçün təkərlərin və ya aşağı müqavimət əmsallı səthlərin yaradılmasına yardımçı olacaq. Kumhonun yeni işləmələri haqqında məlumatlar yaxın vaxtlarda Frankfurtda Beynəlxalq Avtosalonun açılışı ilə əlaqədar verilib.
 
Kumho öz protektor şəkillərinin adi üsulla formalaşdırmaq niyyətindədir, sonra isə lazer texnologiyasının köməyi ilə müxtəlif şəkil elementləri əlavə olunacaq. Lazer təkər sənayesində artıq neçə illərdir istifadə olunur, lakin bu vaxta qədər yalnız çox da dərin olmayan şəkillərin vurulmağı mümkün olduğuna görə onların istifadəsi ancaq təkərin yan divarına eyniləşdirmə kodunun vurulması ilə məhdudlaşırdı.
 

 Kumho Formula 3 seriyalı sürmə yarışlarında uğurlu iştirakını davam etdirir

Keçirilmiş Formula 3 seriyalı növbəti Masters sürmə yarışlarında qələbəni fin yarışçısı Valtteri Bottas qazanmışdır. Sürmə yarışında istifadə olunan bütün şinlər Kumho Tyres tərəfindən təchiz olunurdu: şirkət sürmə yarışı seriyasının maliyyələşdirilməsi üzrə proqramın çərçivəsində minə yaxın şin təqdim etmişdir.

Sürmə yarışı üçün şirkət “F3 Euro Series”-də istifadə olunan şinlərdən fərqlənən xüsusi işlənib hazırlanmış şinlərin bir partiyasını istehsal etmişdir. Yarışın bütün avtomobilləri 180/550R13 və 240/570R13 ölçülərdə olan ECSTA brendinin şinlərini istifadə etmişdilər: hava şəraitindən asılı olaraq quru hava üçün S700 slikləri və yağış yağdığı halda W700 şinləri istifadə oluna bilər.
 
Şirkət 2011-ci ilə qədər F3 seriyalı Masters sürmə yarışları üçün şinlərin rəsmi təchizatçıdır, həmçinin Kumho –F3 Euro Series üçün şinlərin rəsmi təchizatçısıdır.
 
Qeyd edək ki, Koreya istehsalı olan dünyaca məşhur Kumho təkərlərinin Azərbaycanda rəsmi nümayəndəsi “Nurgün Motors” Şirkətidir.

Vittel Avropanın Ən faydalı və təbii suyu

“Vittel” təbii mineral suyu öz zəngin xassələrini Fransanın şərqindəki dağlardan götürür.Məhz burada o mineral duzlarla qidalanır və qeyri-adi saflıq qazanır.”Vittel”öz mineral duzlarının və makroelementlərinin ideal tarazlaşdırılmış unikal tərkibi sayəsində bizim orqanizmimizə lazım olan maddələrin daxil olmasını təmin edir.Vittel orqanizmin kalsium ehtiyatını təmin edə bilən və bununla da insanı hər zaman sağlam tuta bilən təbii mənbədir.1.5 litr “Vittel” suyu günlük kalsiumun 15 faizini bizə bəxş edir.
 
XIX əsrin ikinci yarısından etibarən bütün avropadan insanlar bu suyun canlandırıcı gücünü öz üzərlərində təcrübədən keçirmək üçün gəlirdilər.Bir müddət sonra “Vittelin” adı sözün əsl mənasında dünyanın dörd bir yanında mineral sularla bərabər hallanmağa başladı.
 
“Vittel” istirahət mərkəzi sağlam görünmək istəyən hər kəsin ziyarətgahı oldu.İnsanlar buraya həyat enerjisi tapmaq, stres və yorğunluqdan azad olmaq üçün gəlirlər.Məhz burada idmançıları olimpiyadalara hazırlayan mərkəz və Aralıq dənizi klubu fəaliyyət göstərir.Bundan başqa əlverişli iqlim və məşhur termal qaynaqlar “Vittel” mineral suları rayonunu aparıcı istirahət mərkəzinə çevirmişdir.Bütün bu xarekretirek xüsisiyyətləri özündə cəmləyən “Vittel” gözəl şərablara və ləziz yeməklərə əlavə olunmaqla dünyəvi şöhrət qazanır. Mineral su olan “Vittel” hər hansı bir restoranın menyusuna fransız incəliyi qata bilər.
 
Bu sular insanların həm fiziki həm də mənəvi sağlamlıqlarını qorumalarını təmin edir.

 

Dizayn: zərifliklə gücün vəhdəti

Essence modelinin xarici görünüşü və ideal proporsiyaları avtomobilsevərləri g

  Valyuta məzənnəsi
 
1 USD 0,8038
1 EUR 1,017
1 RUR 0,0262
 
Uğurlarımız
Texniki Dəstək